Saat:16:34
Haqqımızda

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

2025-11-24 10:46:50

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdəki partlayışda xəsarət alanların vəziyyətləri açıqlanıb. 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub. 

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub. 

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Qafqazinfo.az