Saat:16:35
Haqqımızda

Partiya sədri Samirə Əfəndini söydü və linç etməyə çağırdı

2025-11-24 11:54:34

Partiya sədri Samirə Əfəndini söydü və linç etməyə çağırdı

Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndini linç etməyə çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında yazıb.

“Samirə Əfəndi adında bir q...q Azərbaycan xalqı adından iyrənc hərəkətlərini davam etdirir. İndi də Qazaxıstanda keçirilən mahnı müsabiqəsində erməni gədəsini bağrına basıb ki, dostuq və sair. Bu q...q bir dəfə də olsun şəhid anasını, ya ayağı, əli, gözü yox qazini bağrına basıbmı? Heç vaxt, çünki qanı erməni, it qanıdı. Hakimiyyət buna Azərbaycanı hardasa təmsil etməyə imkan verməsin. Hər bir azərbaycanlı isə onu harda görsə, üzünə tüpürsün. Azərbaycan xalqının heysiyyatı ilə oynamasınlar”, - partiya sədri sosial şəbəkə hesabında yazıb.

A.Nağı paylaşımında təhqiramiz ifadələr işlədib, ona görə də həmin sözlərini silməyə və yerinə üç nöqtələr qoymağa məcbur olduq.

Qeyd edək ki, Akif Nağı uzun illər Qarabağ Azadlıq Hərəkatının sədri olub. Qarabağ işğaldan azad edildikdən sonra təşkilatın bazasında Azad Vətən Partiyasını yaradıb və ona rəhbərlik edir.

Xatırladaq ki, Qazaxıstanın Astana şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal, 12 bal verib. Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə müzakirələrin daha da qızışmasına gətirib çıxarıb.