Saat:23:14
Haqqımızda

Parad niyə saat 1-də başlayacaq?

2025-11-08 10:47:38

Parad niyə saat 1-də başlayacaq?

Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.