Saat:16:29
Haqqımızda

Pakistanda kamikadze terroru! Ölənlər və yaralananlar var

2025-09-30 13:08:13

Pakistanda kamikadze terroru! Ölənlər və yaralananlar var

Hurriyyet.az xəbər verir ki, Pakistanda kamikadze özünü partladıb: çox sayda ölülər və yaralılar var.
Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə "Dawn" qəzeti regional səhiyyə idarəsinə istinadla məlumat verib.
Şəhərin tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Geo TV-nin məlumatına görə, partlayışı əvvəllər "Tehreek-e-Taliban Pakistan" kimi tanınan "Fitnə əl-Xəvaric" qruplaşmasından olan kamikadze törədib.
Hürr Tərcüman