Saat:18:55
Haqqımızda

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi - FOTO

2025-10-10 16:44:47

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi - FOTO

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni Baş direktoru seçilib.

Hurriyyet.az xəbər verir ki, "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.