Saat:16:58
Haqqımızda

Oqtay Əsədovun qızı vəfat etdi

2025-12-25 14:20:41

Oqtay Əsədovun qızı vəfat etdi

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova Xərçəng xəstəliyindən əziyyət çəkib. 

Onun əvvəllər Kamran Balayev adlı şəxslə 10 illik (2002-2012-ci illər) evliliyi olub.

Qeyd edək ki, Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.

Mərhumun 5 övladı var.