OMON azərbaycanlı iş adamının ofisinə basqın etdi
2025-07-25 17:13:25
Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışlar aparılır.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər:
“Onlar sənədləri müsadirə edib, işçilərin ofisdən çıxmasına imkan verməyiblər”.
Qeyd edək ki, “Railgo” əslən azərbaycanlı olan Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur. Rəhman Xəlilov Azərbaycan əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.
Axar.az
