Saat:17:04
Haqqımızda

Ombudsman Aparatının nümayəndələri Cenevrədə BMT-nin İrqi ayrıseçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 116-cı Sessiyasında iştirak ediblər

2025-12-06 15:09:02

Ombudsman Aparatının nümayəndələri Cenevrədə BMT-nin İrqi ayrıseçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 116-cı Sessiyasında iştirak ediblər

Hurriyyet.az xəbər verir ki, bu günlərdə Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın 60 illiyinə həsr edilmiş 116-cı sessiyası keçirilib. Açılış zamanı iştirak edən BMT qurumlarının, eləcə də digər beynəlxalq və regional təşkilatların, o cümlədən milli insan hüquqları təsisatlarının nümayəndələri, xüsusi məruzəçilər müxtəlif bəyanatlarla çıxış ediblər.

Yüksək səviyyəli tədbirin 1-ci və 3-cü panel sessiyaları zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbərinin müavini Rəşid Rumzadə və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdir müavini, Bərabərlik hüququnun təmini sektorunun müdiri Cavidan Qorçiyev gündəliyə uyğun müvafiq çıxışlar ediblər.

Azərbaycan Ombudsmanın müvafiq Konvensiyanın implementasiyası sahəsində gördüyü işlər, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahəyə gətirdiyi yeniliklər barədə məlumat verilib, ölkədə müvafiq sahə üzrə formalaşmış müsbət təcrübələr bölüşülüb.

Aparatın nümayəndələri Ombudsmanın bu sahədə gələcək  fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, ayrı-seçkiliyin qarşısının alınması üzrə hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və əməkdaşlıqla bağlı təklifləri diqqətə çatdırıblar.

Sessiya çərçivəsində sözügedən Komitənin sədri və komitə üzvləri, müxtəlif beynəlxalq təşkilatların və milli insan hüquqları təsisatlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə milli insan hüquqları təsisatı olaraq, Azərbaycan Ombudsmanının bu sahədə gördüyü işlər barədə fikir mübadiləsi aparılıb.

 Bu fəaliyyət istiqamətinə uyğun yaradılmış müvafiq struktur bölmənin və  müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin Aparatında yaradılmış monitorinq qruplarının fəaliyyətindən, Ombudsmanın bu sahədə hazırladığı hesabatlardan danışılıb və nüsxələri təqdim olunub.

Hurriyyet.az