Saat:18:55
Haqqımızda

Odessanın meri Ukrayna vətəndaşlığından çıxarıldı

2025-10-14 21:05:31

Odessanın meri Ukrayna vətəndaşlığından çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhərinin meri Gennadi Truxanovun Ukrayna vətəndaşlığından çıxarılması barədə Sərəncam imzalayıb. 

"Hurriyyet.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, V.Zelenski bu barədə teleqram kanalında paylaşım edib. 

“Bəzi şəxslərdə Rusiya vətəndaşlığının olması təsdiq edilib. Onlarla bağlı müvafiq qərarlar hazırlanıb və Sərəncam imzalanıb” -  Zelenski qeyd edib. 

“Strana.ua” portalının məlumatına görə, 2014-cü ildən Odessanın meri olan Truxanovla yanaşı, Zelenski Ali Radanın keçmiş deputatı Oleq Tsaryov və balet artisti Sergey Polunini də Ukrayna vətəndaşlığından məhrum edib.