Saat:13:51
Haqqımızda

"O, RUSİYAYA HÜCUM ETMƏK İMKANI VERMƏDİ" - Trampdan Baydenə ŞOK İTTİHAM

2025-08-22 12:12:02

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi haqqında danışıb.

Bu barədə o özünün “Truth Social” hesabında paylaşım edib.

“İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq qeyri-mümkün deyilsə də, çox çətindir. Bu ona bənzəyir ki, idmanda hansıa bir komandanın fantastik müdafiə qabiliyyəti var, amma ona hücum etməyə icazə verilmir. Belə bir halda udmaq şansı yoxdur”- Tramp qeyd edib.

O, ABŞ-ın əvvəlki prezidenti Co Baydeni Ukraynaya hücum etmək icazəsi verməməkdə və sadəcə özünü müdafiə etmək həddində kömək götərməkdə ittiham edib.

Tramp bir daha vurğulayıb ki, əgər özü vəzifədə olsaydı Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi. (apa)


Load Time (S) : 0.851459