Nurməhəmmədovun papaqları hərraca çıxarılacaq
2025-11-22 17:49:25
UFC (Ultimate Fighting Championship) üzrə keçmiş çempion Həbib Nurməhəmmədovun papaqları “Telegram” messencerində hərraca çıxarılacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Pavel Durov rəsmi “Telegram” kanalında məlumat verib.
O, bildirib ki, hərraca çıxarılan əfsanəvi Həbib papqları ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya əşyalarıdır.
Durov Nurməhəmmədovdan sitat gətirərək qeyd edib ki, bəzi hədiyyələr təkcə dəyər deyil: “Onlar məna daşıyır”.
Qeyd edək ki, “Telegram” bundan əvvəl messencerdə auksion funksiyasını işə salıb.
Xatırladaq ki, Nurməhəmədov son dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxıb. O, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub edib.
Yeniavaz.com
