"Nur Göz Klinikası"na maliyyə sanksiyası tətbiq edilib
2025-09-27 16:57:18
"NUR GÖZ KLİNİKASI” Məhdud Məsuliyyətli Cəmiyyəti operativ vergi nəzarəti çərçivəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti ilə bağlı yoxlanışdan keçib.
Hurriyyet.az xəbər verir ki, aparılmış yoxlama AKT-a əsasən şirkətə 1.000 manat maliyyə sanksiyası tətbiq edilib.
Klinikanın hüquqi ünvanı Şirvan şəhəri, M. Rəsulzadə küçəsi, ev 33, nizamnamə kapitalı 30 manatdır. Şirkətin qanuni təmsilçisi Günel Sayılova Tofiq qızıdır.

Həkim-oftalmoloq Günel Tofiq qızı Sayılova Şirvan Şəhər Mərkəzi Xəstəxanasında da çalışır.
32gun.az
