Saat:18:57
Haqqımızda

Netanyahu qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edib

2025-08-27 13:16:56

Netanyahu qondarma

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu qondarma "erməni soyqırımı"nı tanıdığını ilk dəfə bəyan edib.
Netanyahu amerikalı müxbir Patrik Bet-Devidə müsahibəsində Osmanlı imperiyası dövründə törədildiyi iddia edilən qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edib.
"Tayms of İsrael" nəşrinin yazdığına görə, müsahibinin sualına cavab verən Netanyahu deyib: "Knesset müvafiq qətnamə qəbul edib. Mən də bunu səsləndirən ilk Baş nazirəm".

Bet-Devid Netanyahudan soruşub: 
— Bilirsiniz, Holokostu dünyanın 193 ölkəsi tanıyır, elə deyilmi? Bəzi ölkələrdə, əgər bunu inkar etsəniz, həbs cəzası ala bilərsiniz - bəzi ölkələrdə bir ildən beş ilə qədər. Amma “erməni və aysor soyqırımı”nı tanımayanlar üçün. “Erməni, aysor və yunan soyqırımını”  tanıyacağını gözlədiyim bir ölkə olsaydı, o da İsrail olardı. Türklərin bu xalqlara qarşı törətdiyi “erməni, asurriyalı və yunan soyqırımını” niyə indiyədək tanımırsınız?
— Əslində, mən hesab edirəm ki, biz artıq etmişik, çünki Knesset bununla bağlı qətnamə qəbul edib
-— Bilmirəm, şəxsən sizdən gəlib? Şəxsən İsrailin Baş naziri bunu edibmi?
-— Bəli, indicə etdim.
Qeyd edək ki, Bet-David İrandan olan assuriyalı xristian ailəsindəndir.
Əlavə edək ki, 1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin soyqırıma məruz qoyduğu ən böyük şəhər Urmiya şəhəri olmuşdur. Bu məqsədlə ermənilər Cənubi Azərbaycanın qərb bölgəsində aysorları da özlərinə birləşdirərək 1917-ci ilin sonu, 1918-ci ilin əvvəlində silahlı dəstə yaratmışdılar.
Netanyahunun açıqlamasına rəğmən, Knesset qondarma "erməni soyqırımı"nı tanımayıb. 2011-ci ildən bəri parlament vaxtaşırı plenar iclaslarda və müxtəlif komissiyalarda bu məsələ ilə bağlı müzakirələr aparır. Lakin bu müzakirələr simvolik xarakter daşıyır və Knesset tərəfindən rəsmi tanınma hesab edilə bilməz.
Siyasi şərhçilərin fikrincə, Netanyahunun açıqlaması Türkiyə ilə münasibətlərdə gərginliyin daha artmasına səbəb ola bilər.
Hürr Tərcüman