Netanyahu Nyu-Yorka səfəri zamanı Fransa üzərindən keçməyib - Səbəb
2025-09-25 13:47:57
Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Beynəlxalq Cİnayət Məhkəməsinin onun həbs edilməsi barəsində hökmü ilə əlaqədar Nyu-Yorka uçarkən Fransa ərazisindən keçməyib. Bu barədə "Yerusəlim Post" nəşri məlumat verib.
Uçuşdan əvvəl aeroportda açıqlamalar verən Netanyahu BMT-nin Baş Assambleyasında çıxış edəcəyi zaman Fələstini tanımış dövlətləri tənqid edəcəyini bəyan edib.
Bəllli olduğu kimi, Beynəlxalq Cİnayət Məhkəməsi İsrail hökumətinin başçısını Qəzzada hərbi cinayətlər törətməkdə ittiham edərək barəsində həbs qərarını verib. BMT-nin Baş Assambleyası bölgədə baş verənləri soyqırımı kimi qiymətləndirib.
Hürr Tərcüman
