Saat:22:10
Haqqımızda

Netanyahu Makronu antisemitizmdə ittiham etdi

2025-08-20 14:33:27

Netanyahu Makronu antisemitizmdə ittiham etdi

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu antisemitizmdə ittiham edib. Bəlli olduğu kimi, Makron BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasında Fələstin Dövlətini tanıyacaqlarını bəyan edib. "Politiko" nəşrinin yazdığına görə, Netanyahu Makrona ünvanladığı məktubda Fransa Prezidentinin bu açıqlamasının "antisemitizmi alovlandırdığını" bildirib: "Sizin Fələstin dövlətinin yaradılması barəsində çağırışınız antisemit atəşinə yağ tökür".
Hürr Tərcüman