Netanyahu Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürdü
2025-09-09 22:18:15
Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Qətərin paytaxtı Doha şəhərinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Tel-Əvivdən verilən açıqlamaya görə, İsrail HƏMAS-ın Qətərdəki rəhbərliyinin vurulması üçün əməliyyatı müstəqil şəkildə planlaşdırıb və həyata keçirib və buna görə məsuliyyət daşıyır.
Netanyahu deyib: "Əməliyyatı İsrail planlaşdırıb, İsrail həyata keçirib və bütün məsuliyyəti İsrail öz üzərinə götürür".
Hürr Tərcüman
