Saat:16:05
Haqqımızda

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

2025-11-20 15:55:56

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Hurriyyet.az xəbər verir ki, bunununla bağlı APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.

“Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirilir”, - o deyib.

N.Həsənzadənin yaxınları isə Oxu.az-a şairin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd olunub ki, şairin kreatini yüksək olub, lakin müalicələrdən sonra hər şey qaydasına düşüb: “Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Vəziyyəti çox yaxşıdır. Evə nə zaman buraxılacağını hələ bilmirik”.