Saat:11:50
Haqqımızda

Nazir yeni rəis əvəzi təyin etdi

2025-12-09 10:45:19

Nazir yeni rəis əvəzi təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinə yeni rəis əvəzi təyin olunub.

Hurriyyet.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Sənan Niyazov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, bu ilin aprel ayında Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi polkovnik-leytenat Vüsal Yolçiyev vəzifəsindən azad olunaraq, Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu. Bu təyinatdan sonra Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsi boş qalmışdı. 

Qaynarinfo.az