Saat:23:57
Haqqımızda

Nazir əmr imzaladı - Üç tibb müəssisəsi ləğv olundu

2025-10-18 12:07:01

Nazir əmr imzaladı - Üç tibb müəssisəsi ləğv olundu

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə nazir əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Pepperoni pizza

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevdir.

Yenisabah.az