Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
2025-12-24 21:42:45
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində Ermənistan mövqelərini atəşə tutması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O, bu iddiaları dezinformasiya adlandırıb.
Qeyd edək ki, daha öncə David Qalstyan ötən gün axşam Azərbaycan hərbçilərinin guya Ermənistan mövqelərini bir neçə dəfə atəşə tutduğunu iddia etmişdi.
