Saat:20:50
Haqqımızda

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb

2025-08-28 10:45:28

Naxçıvanda hava limanında  oğurluq edən şəxslər saxlanılıb

Naxçıvan Hava Nəqliyyatında Polis  Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar. 

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Hurriyyet.az