NATO-nun Baş katibi: "Rusiyanın növbəti hədəfi bizik"
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Ryutte alyansın Rusiyanın növbəti hədəfi ola biləcəyini bəyan edib.
Ryutte Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib: "Bu gün mən buraya NATO-nun mövqeyini və müharibə başlamazdan əvvəl onun qarşısını almaq üçün nə edilməli olduğunu izah etmək üçün gəlmişəm. Bunun üçün təhlükəni aydın şəkildə anlamaq vacibdir: biz Rusiyanın növbəti hədəfiyik və artıq təhlükədəyik".
Onun sözlərinə görə, bir çox alyansa üzv ölkələr "hələ vəziyyətin təcililiyini hiss etmirlər" və səhvən "vaxt bizim tərəfimizdədir" deyə düşünürlər. NATO-nun Baş katibi deyib: "Bu, belə deyil. Hərəkətə keçməyin vaxtı gəlib çatıb. Müttəfiqlərin müdafiə xərcləri və istehsalı sürətlə artmalı və silahlı qüvvələr təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyə sahib olmalıdırlar".
Hürr Tərcüman
