Saat:20:48
Haqqımızda

Natiq Cəfərli: “Ticarətin zəifləməsi dollarlaşma səviyyəsini azaldır”

2025-11-19 19:27:29

Natiq Cəfərli: “Ticarətin zəifləməsi dollarlaşma səviyyəsini azaldır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5 faizə enib və bu, tarixdə ən aşağı göstəricidir.

Mərkəzi Bankın sədrinin bu fikirlərinə münasibətini bildirən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hurriyyet.az-a açıqlayıb ki, dollarlaşma səviyyəsinin azalmasına iki səbəb var: “Birincisi, manat sabitdir deyə, insanlar dollardan manata keçib, manat depozitləri 10 faiz olanda öz dollarlarını manata çevirib, depozitə qoymağa başladılar”. 

N.Cəfərlinin fikrincə, dollarlaşma səviyyəsinin azalmasının ikinci səbəbi quru sərhədlərlə bağlıdır: “Quru sərhədlərin bağlı olması ən azından yan ölkələrə ticarəti zəiflədir və ticarətin zəifləməsi də dollarlaşma səviyyəsini azaldır. Yəni dollara marağı azaldır. Yəni əsas iki səbəb var”.

CAVİD