Moskvada Paşinyanın Rusiyaya səfərinə qarşı etiraz aksiyası keçirilir
2025-09-25 15:49:29
Hurriyyet.az xəbər verir ki, Moskvada, Ermənistanın Rusiyadakı səfirliyinin binasının qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə qarşı etiraz aksiyası keçirilir. Etiraz aksiyasını erməni diasporunun təmsilçiləri təşkil ediblər.
Onlar Paşinyanın Erməni Apostol Kilsəsinə və iki arxiyepiskopa - Baqrat Qalstanyan ilə Mikael Acapahyana qarşı siyasətindən narazı qaldıqlarını bildirirlər.
Paşinyan Qlobal Atom Forumunda iştirak etmək üçün bu gün Moskvaya səfər edib.
Hürr Tərcüman
