Moskva yenə “4 vilayət” deyir - Kreml tələbindən geri çəkilmir
Alyaska sammiti öncəsi rəsmi Moskva Ukraynanın 4 vilayətinə qarşı qanunsuz işğalçılıq iddiasını yenidən təkrarlayıb və mövqeyini dəyişmədiyini bəyan edib.
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi rəsmən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tamamilə Rusiyaya verilməli olduğunu açıqlayıb.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev Alyaskada keçirilən sammit öncəsi brifinqdə bildirib.
Rusiyalı diplomat qeyd edib ki, Vladimir Putinlə Donald Tramp arasında görüşlərin belə operativ təşkilində həlledici amil bu liderlərin öz iradəsi olub.
Eyni zamanda o, Kiyevin İstanbul danışıqlarından sonra elan edilən işçi qrupların yaradılması təklifinə rəsmi cavab vermədiyini deyib. Guya Moskva bu qrupların formalaşmasını gözləyir.
Fadeyev Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı ayrı-ayrılıqda açıqlamalar verib və deyib ki, Rusiya Federasiyası ələ keçirə bilmədiyi ərazilərə də iddia edir: "Rusiya Federasiyasının ərazi quruluşu ölkəmizin Konstitusiyasında təsbit olunub. Bu, hər şeyi deyir. Rusiya nümayəndə heyətinin Alyaskadakı danışıqlarda məqsədlərinə gəlincə, onlar müstəsna olaraq milli maraqlarla diktə olunur".
AzPolitika.info
