Saat:18:53
Haqqımızda

Moskva bu məsələdə İrəvana müdaxilə edəcək

2025-10-18 16:29:21

Moskva bu məsələdə İrəvana müdaxilə edəcək

Artıq bir neçə ildir bu mühitdə yaşayırıq, bu maşının necə işlədiyini bilirik. Kənar oyunçuların, o cümlədən sizin qeyd etdiyiniz oyunçunun (Rusiyanın) müdaxiləsinə çoxsaylı cəhdlər görmüşük.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib.

Almaniya telekanalının müxbirinin Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı Rusiyadan müdaxilə gözləyib-gözləmədikləri barədə sualını belə cavablandırıb.

“Yəqin ki, (seçkilər yaxınlaşdıqca) belə cəhdlər daha da artacaq. Artıq sizinlə Rusiya mətbuatının Ermənistan hökuməti və demokratiyasını kəskin tənqid etməsi barədə danışmışıq. Güman edirik ki, bu, yaxın aylarda daha da güclənə bilər”.