Saat:23:57
Haqqımızda

Moldovada seçkilər - Mayya Sandunun partiyası qələbə çaldı

2025-09-29 12:00:17

Moldovada seçkilər - Mayya Sandunun partiyası qələbə çaldı

Hurriyyet.az xəbər verir ki, Moldova Prezidenti Mayya Sandunun Avropa istiqamətli partiyası bazar günü keçirilən parlament seçkilərində böyük üstünlük qazanaraq qalib olub. Məntəqələrin 99,5 faizində səslərin hesablanmasından sonra Fəaliyyət və Həmrəylik Partiyası 49,9 faiz səslə liderdir.
Bu səsvermə ölkənin Avropa İttifaqındakı gələcəyi üçün həlledicidir. 
Rusiya yaxın olan siyasətçilərin qurduqları Vətənpərvər Seçki Bloku 24,28% ilə Alternativ blok 7,9% səs toplayıblar.
Səsvermədən sonra yeni parlament seçiləcək, bundan sonra Moldova Prezidenti yeni baş naziri təyin edəcək. Təklif olunan hökumət parlament tərəfindən təsdiqlənəcək.
Rusiyapərəst blokun lideri İqor Dodon müxalifətin qələbə çaldığını bəyan edərək tərəfdarlarını Moldova parlamentinin qarşısında mitinq keçirməyə çağırıb.
Seçkilərin nəticəsində həlledici rolu Moldova diasporunun oynadığı güman edilir.
Hürr Tərcüman