Saat:23:40
Haqqımızda

Mixaıl Mişustin Putini əvəz edəcək - Baş nazir Qırğızıstandakı səfərini yarımçıq dayandırdı

2025-08-15 15:51:19

Mixaıl Mişustin Putini əvəz edəcək - Baş nazir Qırğızıstandakı səfərini yarımçıq dayandırdı

Rusiya Baş naziri Mixaıl Mişustin Qırğızıstandakı səfərini dayandırıb Səbəb kimi isə Prezident Vladimir Putinin ABŞ-yə səfərini göstərib.

Bu barədə o, Çolpon-Atadakı Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

"Bağışlayın, mən Moskvaya qayıtmalıyam. Bildiyiniz kimi, bu gün Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək, prezidentlər Vladimir Vladimiroviç Putin və Donald Tramp iştirak edəcək. Mən Rusiyada olmalıyam", - deyə Mişustin RIA Novostiyə açıqlayıb.

Qeyd edək ki, sammit bu gün axşam keçiriləcək.

AzPolitika.info