Mirzoyan sülhdən danışıb - Cəmiyyətdən nə gözləyirlər?
2025-10-24 16:27:54
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan ilə Bakının sülhə razılaşdıqlarını və hazırda ikitərəfli münasibətləri tam normallaşdırmaq üçün birgə çalışdıqlarını bildirib.
Mirzoyan deyib: "Azərbaycanla sülh əldə etdiyimiz artıq hər kəsə bəllidir. İndi hər iki tərəf münasibətləri tam normallaşdırmaq üçün böyük səy göstərir. Hökumətlərin rəsmi razılaşmaların imzalanmasına və konkret qərarların verilməsinə yönəldilmiş addımları ilə yanaşı, cəmiyyətlərin barışmasına da böyük tələbat var".
Hürr Tərcüman
