Mirzoyan Hakan Fidanın bəyanatına şərh verdi
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə diplomatik münasibətlərin tam normallaşdırılmasının və iki ölkə arasındakı sərhədlərin açılmasının Ermənistan üçün çox mühüm olduğunu bildirib. Mirzoyan Bakı ilə əldə edilmiş sülh razılığının sistemləşdirilməsinin İrəvan üçün çox əhəmiyyətli olduğunu da söyləyib.
Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın bəyanatına cavab olaraq bu açıqlamanı verib. Türkiyənin xarici işlər naziri dünənki çıxışında Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistan üçün zəruri olduğunu bəyan etmiş, Ankaranın indiki buna razı olacağı təqdirdə, İrəvanın Azərbaycanla yekun sülh müqaviləsini imzalamaq üçün motivasiyasını itirə biləcəyini qeyd etmişdi.
Mirzoyan Ermənistanın hər iki istiqamətdə səmimi səy göstərdiyini bildirərək deyib: "Bununla yanaşı, bu iki prosesdən heç biri digərini şərtləndirmir. Bunlar arasında səbəb-nəticə əlaqələrini görməyə çalışsaq, ola bilsin ki, Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasının Azərbaycanla Ermənistan arasındakı normallaşdırma prosesinə mənfi yox, əksinə, müsbət təsir göstərəcəyi aşkar olar".
Hürr Tərcüman
