Mirzoyan diplomatlarla birlikdə Zəngəzur dəhlizindən danışacaq
2025-08-19 11:00:28
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici ölkələrə təyin edilmiş Ermənistan səfirləri ilə 25-27 avqust tarixlərində xarici Sünik (Zəngəzur) vilayətində illik iclas keçirəcək.
O, diplomatlara Azərbaycan, Ermənistan və ABŞ rəhbərlərinin avqustun 8-də, Vaşinqtonda razılaşdırdıqları layihənin detalları barəsində məlumat verəcək.
Erməni mətbuatının yazdığına görə, xarici ölkələrin İrəvandakı səfirləri də həmin günlərdə Sünikdə olacaqlar və onlar üçün də "tanışlıq məqsədilə" səfər təşkil ediləcək.
Hürr Tərcüman
