Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp marşrutu"nu müzakirə edib
2025-11-17 17:47:43
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.
Hurriyyet.az xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.
Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.
Tərəflərin "Tramp marşrutu"nu da müzakirə etdikləri bildirilir. (APA)
