Saat:01:31
Haqqımızda

Metro ilə bağlı MARAQLI STATİSTİKA

2025-10-18 17:17:43

Metro ilə bağlı MARAQLI STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4% azalma deməkdir.

Hurriyyet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında Bakı metropolitenindən 166 590,8 min sərnişin istifadə edib. pizza mizza

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.