Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
2025-11-14 09:05:19
"Moskviçtexxidmət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.
Hurriyyet.az xəbər verir ki, toplantı dekabrın 15-nə təyin olunub.
İclasın gündəliyinə cəmiyyətin fəaliyyətində yaranan problemlə bağlı vəziyyət, ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirməsi və ya icarəyə götürülməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinin müzakirəsi və bu barədə qərar verilməsi, eləcə də digər məsələlər daxildir.
Yığıncağ Bakı şəhəri, Sumqayıt şosesi 4 ünvanında keçiriləcək
