Məşhur pambıqçı vəfat etdi
2025-10-16 09:35:01
Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Fatma Rza qızı Hüseynova vəfat edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Onun bu gün səhər saatlarında dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, F.Hüseynova Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.
O, 2002-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb, 2017-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
