Türkiyənin məşhur televiziya aparıcısı Ece Vahapoğlu ağır xəstəlikdən əziyyət çəkir. O, 2 aydır xərçənglə mübarizə aparır.
Bu barədə xəbəri Vahapoğlu özü pərəstişkarlarına çatdırıb. Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: "İki aydır xərçənglə mübarizə aparıram".
Tanınmış telejurnalist həmişə sağlamlığının qeydinə qaldığını deyib:
"Qida rejiminə diqqət edirəm. Mütəmadi olaraq idmanla məşğul oluram. Yoqa ən çox sevdiyim məşğuliyyətlərdən biridir. Sağlam həyat tərzi keçirirəm. Amma başıma belə iş gəldi".
Ece Vahapoğlu müalicə prosesinin uğurla keçdiyini vurğulayıb: "Sağalmaq üçün əlimdən gələni edirəm".
İstedadlı telejurnalist pərəstişkarlarını öz sağlamlıqlarının qeydinə qalmağa səsləyib: "Həyatda ən gözəl nemət cansağlığıdır. Vaxtaşırı həkim müayinəsidən keçin, özünüzü, övladlarınızı fikirləşin". \\Metbuat.az

