"Mənim etdiklərimi tarixdə heç kim etməyib"
2025-09-02 15:18:51
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq istəmədiyini bəyan edib.
Tramp "Daily Caller" portalına müsahibəsi zamanı mükafatı almaq istəyib-istəmədiyi barəsində sualın cavabında: "Yox", — deyib.
Bununla yanaşı, Tramp özünə qarşı ədalətli davranılmasını istədiyini də qeyd edərək deyib: "Mənim etdiklərimi tarixdə heç kim etməyib".
Hürr Tərcüman
