Qazaxın Quşçu Ayrım kəndində yaşayan 83 yaşlı Əsmər Cəfərova dünyasını dəyişib.
Hurriyyet.Az xəbər verir ki, Manset.Az-ın məlumatına görə, mərhum Qazax rayonunda dəfn edilib.
Qeyd edək ki, Əsmər nənə illər öncə Tural Yusiflinin lentə aldığı video ilə məşhurlaşmışdı.
O. görüntülərdə bir oğlunun şəhid olduğunu deyən Əsmər nənə qəzalı evdə yaşadığını və köməyə ehtiyacı olduğunu qeyd edir. O həmçinin vurğulayır ki, şəraitsiz vəziyyətdə yaşasa da torpağını qoyub heç yerə gedən deyil: "75 ildi mən burada yaşayıram. Camaat getsə də mən burada, kəndimdə öləcəm. Torpaq anadır! ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam".

