Memorial Kompleksin tikintisinə daha 12.6 milyon – Tender iki şirkətə verildi
2025-10-18 10:12:26
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Hurriyyet.az “Fed.az”a istinadla xəbər verir ki, tender “Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili xidmətləri”nin satın alınmasını əhatə edir.
Tenderin qalibi “Ramco” QSC və “Real İnşaat” MMC birliyi (VÖEN: 1501703131-3400157541) olub və tərəflər arasında bağlanan müqavilənin dəyəri 12 639 345 AZN təşkil edir.
