“Məlhəm” Hospitalında pasiyentləri belə aldadırlar
2025-07-10 15:55:02
“Məlhəm Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində qanunla müəyyən olunmuş nağdsız hesablaşma tələblərinə əməl olunmaması faktı müəyyən edilib.
Hurriyyet.az xəbər verir ki, tərtib olunmuş AKT-a əsasən, şirkətə 1128.10 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Qanuni təmsilçi Fuad Əlizadə Qədim oğludur. Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı 51,484,225 manat təşkil edir.
32gun.az
