Saat:18:25
Haqqımızda

Məhkəmə Harri Kasparovun həbs olunmasını qərara aldı

2025-12-23 13:59:01

Məhkəmə Harri Kasparovun həbs olunmasını qərara aldı

Hurriyyet.az xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi şahmatçı Harri Kasparovu terrorçuluğu dəstəkləmək ittihamı ilə qiyabi həbs edib.
Məhkəmə onun Rusiyada saxlanıldığı tarixdən iki ay müddətinə qiyabi həbs olunması və ya Rusiya ərazisinə ekstradisiya edilməsi barədə qərar verib.
Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci bəndi ilə ittiham olunur. Bu maddə terrorçuluğa açıq çağırışlar, terrorçuluğa açıq şəkildə haqq qazandırmaq və ya media, elektron informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək təbliğat aparmaq üçün məsuliyyət daşınmasını nəzərdə tutur. Bu maddəyə əsasən maksimum cəza yeddi ilə qədər həbsdir.
Hürr Tərcüman