Məhkəmə hakimiyyəti, Vəkillər Kollegiyası İNSAN HÜQUQUNA, Konstitusiyaya qarşı - FOTOLAR
VK, məhkəmə 1-ci dərəcəli Qarabağ əlilinə hüquqi yardımdan imtina edir
MƏHKƏMƏ QƏRARLARININ İCRASINA “İNZİBATİ” VƏKİL YARDIMI QADAĞASI
İnzibati məhkəmə icraatının əsas prinsiplərindən başlıcası məhkəmənin yardım etmək vəzifəsidir. Bu vəzifə o qədər önəmlidir ki, Ali Məhkəmə Plenumu hüquqi yardım göstərilmədən iddianın mümkün sayılmamasının yolverilməzliyini məhkəmə təcrübəsinin vahidliyi kimi formalaşdırıb. Nə yazıq inzibati məhkəmələr nəinki Ali Məhkəmə Plenumun formalaşdırdığı təcrübəyə, prosessual qanunvericiliyin tələbinə əməl edib xidməti vəzifəsini icra edir, hətta dövlət hesabına , hətta kassasiya instansiyasında vəkillə təminatdan imtina etməklə bütövlükdə əsas insan hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququna qadağa qoyur.
Bəs hüquqi yardım göstərilməsində inhisarçı ( yalnız VK üzvü olan vəkilin orderi tanınır) mövqe tutan Vəkillər Kollegiyası? Nə yazıq, VK da başlıca funksiyasından, vəzifəsindən- hüquqi yardım göstərilməsindən qərəzlə imtina edir. Qərəz o həddədir ki, 1-ci dərəcəli Qarabağ əlili qaziyə həm dövlət hesabına, həm də qazinin öz hesabına vəkillə təminatdan imtina edilir. (?) Qərəzin kökündə isə VKRH-nın dövlət orqanlarında, istintaq, ittiham orqanında işləyən (?-vəkil dövlət orqanında işləyə, dövlət büdcəsindən maliyyələşə bilməz!-M. B.) VƏZİFƏLİ ŞƏXSLƏRİNİN məhkəməyə qeyri-prosessual sifarişi dayanır. VK İNTİZAM KOMİSSİYASININ ÜZVÜ ƏLİRZA HƏBİLOV , APARAT RƏHBƏRİ ORXAN BABAYEV DAXİLİ İŞLƏR NAZİRLİYİNİN VƏKİLİ VƏ NÜMAYƏNDƏSİ STATUSUNDA HÜQUQVERİCİ SƏNƏD OLMADAN “DİN-İN HÜQUQLARINI”, 39 SAYLI VƏKİL BÜROSU ƏƏSMN-İN MƏHKƏMƏ FİLİALI KİMİ “ƏƏSMN-İN “HÜQUQLARINI” QORUYUR!(?) Bakı İnzibati Məhkəməsinin , eləcə də ümumi məhkəmələrin hüquqi yardımdan imtinasına dözmək olur, Bakı Apellyasiya Məhkəməsinin vəkillə təminatdan imtinası isə kassasiya hüququna, məhkəmə müdafiəsi hüququna qadağa olduğundan dözülməzdir. Faktların hamısını sadalasaq, bir qəzetin səhifələrinə sığmaz. Son günlərin məhkəmə, vəkil özbaşınalığını diqqətə çatdıraq.
Bakı İnzibati Məhkəməsi varisi olduğu 1BİİM-in 2016 və 2017 tarixli 2 qərarının icrasını xidməti vəzifəsinə görə nəinki özü təmin edir, əksinə 10-cu ildir icraya qadağa qoyub, heç icraya belə yönəltmir. Özbaşınalığa baxın, qərarı çıxarmış məhkəmə, hakim özünün qərarının icrasına qadağa qoyub!(?) Tələbkarın elektron kabinetdən verdiyi ərizələrin qəbulundan da imtina edilir; ən yaxşı halda məhkəməyə “təşrif buyurub” (?) dəftərxanaya təqdim etmək tələb olunur. (?). Bir anlığa göz önünə gətirin, hansısa ucqar kənd komasında yatağında günlərini sayan tələbkar Qarabağ qazisindən Bakı İnzibati Məhkəməsinə gəlib məhkəməyə əlbəəl ərizə vermək tələb olunur və ... ərizəni alandan sonra da illərlə “taleyindən” soraq olmur!
Bakı İnzibati Məhkəməsinin (Şərafət Məmmədova ( özbaşınalığı “yüksək” qiymətləndirilib, 7 ildir Bakı Apellyasiya Məhkəməsinə “yüksəlib”), Aygün Abdullayeva, Aygün Əhədova, Günel Sevdimalıyeva (2 aydır apellyasiyaya “yüksəlib”) məhkəmə qərarının icrasına borclunun rüşvəti ilə qadağa qoymasını Bakı Apellyasiya Məhkəməsi (Elvin Əliyev, Cahangir Yusifov, Aytən Oruczadə, Günel Abbasova “dördlüyü”; Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov ; Xəyalə Cəmilova (özbaşınalığı “ali” səviyyədə qiymətləndirilib, Ali Məhkəməyə “yüksəlib), Orxan İsmayılov, Rəşid Səmədov “altılığı” qüvvədə saxlayır, Nigar Nəbizadə, Kamran Əkbərov, Mirzə Tağızadə “üçlüyü” isə apellyasiya şikayətini belə mümkün saymır. (?) Xəyalə Cəmilovanın sədri olduğu heyətdən özgə digərləri kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edib. VKRH Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qazıyeva isə dövlət hesabına vəkillə təminatdan imtina edib ki, məhkəmənin səlahiyyətindədir. Nə Konstitusiyanın 61-ci maddəsinin, nə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20.1-ci maddəsinin, nə MPM-in 14.5-ci, 67-1-ci maddəsinin , nə də Milli Məclisin (sektor müdiri Nazir Bayramovun) qanunvericiliyi izah edən tövsiyəsinə baxılıb. Hətta VK Ağsaqqallar Şurasının sədrinin qazilərə pulsuz yardım edilməsi barədə bildirməsi də yardıma çatmayıb, VKRH rəhbərliyi (Aydın Axundov) “dedığım dedikdir” deyib. 1-ci dərəcəli Qarabağ əlilinin öz hesabına vəkillə təminatına VK sədri Anar Bağırova ərizəsinə (müraciət mediada yayımlanıb- M. B.) də cavab verilməyib. Beləliklə, 1-ci dərəcəli Qarabağ əlili məhkəmə qərarının icrasının təmin edilməsi, hüquqi yardım, məhkəmə təminatı hüququndan da məhrum edilib.
Nəsimi rayon məhkəməsi (h. Gülşən Fərəcova) Qarabağ əlilinin 03 dekabr Beynəlxalq Əlillər Günündə cavabdeh VKRH-nın hüquqi yardımdan imtinasından dəyən ziyanın ödənilməsi haqqında iddiasının icraata qəbulundan 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə imtina edib . “Əsas” kimi “iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması” göstərilib. Bəyəm VK inzibati orqandır, qeyri-dövlət təşkilatı deyil?
Əcəb əlil, insan hüququdur, inzibati məhkəmə əlil tələbkarın ərizələrini belə qəbul etmir, mülki məhkəmələr icraatdan imtina edir ki, inzibati məhkəmə baxmalıdır. Ombudsman, Ədliyyə Nazirliyi, prokurorluq, Məhkəmə Hüquq Şurası isə ya susur, ya da dinəndə məhkəmələrin, vəkillərin özbaşınalığını müdafiə edir. Belə hüquq və azadlıq qorunar?
10 DEKABR BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNÜZ QUTLU OLSUN! TANRI HEÇ KƏSİ MƏHKƏMƏYƏ, HAKİMƏ, VƏKİLƏ, HÜQUQİ YARDIMA MÖHTAC ETMƏSİN!
Məğrur BƏDƏLSOY




