Saat:23:52
Haqqımızda

Mehdiyevin onların əmlaklarını əlindən alması...

2025-12-17 15:46:21

Mehdiyevin onların əmlaklarını əlindən alması...

Başımıza gələn bədbəxtçiliklərin çoxu qorxaqlığımızdandır.

Hurriyyet.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki paylaşımında bildirib.

O qeyd edib ki, illər boyu yüzlərlə var-dövlət sahibi onun yanına gəlib Ramiz Mehdiyev və ətrafının onların əmlaklarının əllərindən almalarını danışıblar:

“Hansına dedimsə ki, gəlin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edək, hamısı “Aslan müəllim, hüquq-mühafizə orqanları elə Ramizin özüdür” deyiblər. Mənə maraqlıdır, heç olmasa indi onlar hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?”