"McLaren"in qələbəsi baş direktora 50 milyon dollar qazandırdı
2025-10-01 23:40:01
"McLaren"in 1998-ci ildən bəri ilk dəfə "Formula 1" Konstruktorlar Çempionatında qələbəsi sayəsində baş direktor Zak Braun keçən il 37,3 milyon funt-sterlinq (50,3 milyon dollar) qazanıb.
Bu barədə "Bloomberg" Britaniya şirkətinin maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Agentlik bildirir ki, 2023-cü ildə Braun 26,4 milyon funt-sterlinq qazanıb. Bundan əlavə, qələbə sayəsində "McLaren Group"un keçən il gəliri 23% artaraq 530,3 milyon funt-sterlinqə yüksəlib. Vergidən əvvəlki mənfəət üç dəfədən çox artaraq 37,5 milyon funt-sterlinqə çatıb.
Sentyabrın əvvəlində "McLaren" Formula 1 yarış komandası 4 milyard dollar dəyərində qiymətləndirilib: onun dəyəri dörd il ərzində beş dəfə artıb. \\Valyuta.az
