Saat:21:01
Haqqımızda

Mbappe matçdan sonra CƏZALANDIRILDI

2025-11-24 20:30:50

Mbappe matçdan sonra CƏZALANDIRILDI

İspaniya La Liqasında “Elçe” ilə baş tutan matçdan (2:2) sonra “Real”ın futbolçusu Kilian Mbappe hakimə etirazı ilə gündəmə gəlib.

Fransalı hücumçu matç bitdikdən sonra baş hakim Fransisko Xose Ernandes Maesoya yaxınlaşaraq əlavə vaxtın az olmasına (8 dəqiqə) etiraz edib.

Referi bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib. Məlumata görə, oyunçu qərara kəskin etiraz etdiyi üçün cəzalandırılıb.

Son 3 oyunda qol vura bilməyən Mbappe komandasının bərabərlik qolunda (Cud Bellinqem) ötürməni verən tərəf olub. Lakin “Elçe” tərəfi həmin epizodda qapıçı İnyaki Penyanın zədələnməsi səbəbindən oyunun dayandırılmalı olduğunu iddia edərək qola etiraz edib.

Bu qarşılaşmadan sonra xal itirən “kral klubu” liderliyi ötən gün qalib gələn “Barselona”ya təhvil verib. \\Milletinsesi.info