Saat:22:12
Haqqımızda

Makronu İsrailə buraxmadılar

2025-09-04 12:33:32

Makronu İsrailə buraxmadılar

Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfər etməsinə icazə verməyib.
Netanyahu BMT-nin Baş Assambleyasının sessiyası ərəfəsində Makronun İsrailə qısamüddətli səfər etmək üçün müraciətinə rədd cavabı verib.
Qeyd edək ki, Fransa həmin sessiyada Fələstinin birtərəfli şəkildə tanınmasına hazırlaşan Qərb dövlətlərinin sırasına qoşulmağı planlaşdırır. 
Lakin Netanyahu şərt qoyub: səfər yalnız Parisin bu təşəbbüsdən imtina edəcəyi təqdirdə mümkündür. Makron isə həmin tələbi yerinə yetirməkdən imtina edib.
Hürr Tərcüman