Makrondan Putinlə Zelenskiyə təklif
2025-08-19 11:40:21
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin ikitərəfli görüşünün İsveçrənin Cenevrə şəhərində keçirilə biləcəyini söyləyib.
Makron jurnalistin sualına cavab verərkən, bu səfər görüş yerinin Paris olmaya biləcəyini deyib. Onun sözlərinə görə, indiki vəziyyət 2019-cu ildəkindən fərqlənir.
Fransa Prezidentinin sözlərinə görə, danışıqlar üçün neytral ölkənin seçilməsi lazımdır. Makron deyib: "İsveçrədə keçirilə bilər. Mən Cenevrəni təklif edirəm. Lakin başqa ölkə də ola bilər".
Hürr Tərcüman
