Madridin sirri ortaya çıxdı – Ançelotti danışdı
2025-11-20 23:04:41
"Real Madrid"in sabiq baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatına verdiyi açıqlamada maraqlı bir futbol fəlsəfəsinə toxunub.
İtalyan mütəxəssis məşqlərdə Tibua Kurtuaya bəzən bilərəkdən topu qapıdan buraxmağı tapşırdığını söyləyib.
Ançelotti bildirib ki, bu üsul hücumçuların özünəinamını artırmaq və onların bitiriciliyini yaxşılaşdırmaq məqsədi daşıyırdı:
“Bəzən məşq zamanı Kurtuaya hücumçuların zərbələrini bilərək buraxmasını deyirdim. Çünki onların özünəinamı artanda matçlarda daha effektiv olurlar.”
Təcrübəli çalışdırıcı bu metodun xüsusilə gənc futbolçuların inkişafına böyük təsir etdiyini bildirib. \\Fanat.Az
