Madaqaskarda siyasi böhran! Qaçqın Prezidentlə aşağı palata qarşı-qarşıya
2025-10-14 17:43:01
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Orange" portalının məlumatına görə, Madaqaskar parlamentinin aşağı palatası Prezident Andri Racuelinanın vəzifədən kənarlaşdırılmasına səs verib.
Qeyd edək ki, Madaqaskarda 2025-ci ilin sentyabr ayının sonunda, su və elektrik kəsintiləri səbəbindən başlayan və tezliklə hökumət əleyhinə aksiyalara çevrilən kütləvi etirazlarla əlaqədar Prezident Andri Radcuelina bazar günü Fransaya məxsus hərbi təyyarə ilə ölkəni tərk edib. Radcuelina bundan sonra Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq, Milli Yığıncağın (parlamentin aşağı palatası) buraxıldığını bildirib.
Hürr Tərcüman
