Saat:18:03
Haqqımızda

Macarıstan Avropa İttifaqını məhkəməyə verəcək

2025-11-14 16:47:27

Macarıstan Avropa İttifaqını məhkəməyə verəcək

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş nazir- Viktor Orban Rusiya qazından imtina qərarına görə Avropa İttifaqını məhkəməyə vermək niyyətindədir.
"Frans Press Agentliyi"nin məlumatına görə, Orban yerli radioya müsaibəsində deyib: "Biz Brüssel tərəfindən qəbul edilmiş, Avropa dəyərlərinə zidd olan bu açıq-aşkar qanunsuz qərarı qəbul etmirik... Biz Avropa Ədalət Məhkəməsinə müraciət edirik".
Oktyabr ayında Avropa İttifaqı Şurası Avropa Komissiyasının təklifi ilə 1 yanvar 2026-cı ildən etibarən Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasını qərara alıb. Şura həmçinin 1 yanvar 2028-ci ildən Rusiya neftinin idxalını qadağan etmək istəyir. Bu qərar hələ də Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Hürr Tərcüman